Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:20

Suriyadakı qarşıdurmalarda daha 17 nəfər yaralanıb


Suriyanın Hassa şəhərində hökumət qoşunları ilə müxalifətin tərəfinə keçmiş sabiq hərbçilər arasında baş verən qarşıdurmalarda azı 17 nəfər yaralanıb. Bu haqda müxalifət fəalları məlumat verib. Qarşıdurmalar Jabal-Zaviya şəhərində də olub.

Qahirədə yığışan Ərəb Dövlətləri Liqasına daxil olan ölkələrin xarici işlər nazirləri isə Suriya hakimiyyətini 15 gün ərzində müxalifətlə danışıqlara başlamağa çağırıblar.

BMT-nin məlumatına görə, mart ayından Suriyada hakimiyyət əleyhinə keçirilən etiraz aksiyalarında 3 mindən artıq adam həlak olub.
XS
SM
MD
LG