Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:34

Naxçıvan gömrüyü hüquq müdafiəçisinin malını buraxmır


Elman Abbasov
Elman Abbasov
«Ailəm üçün aldığım hədiyyələri Naxçıvanda gömrük komitəsi saxladı, 150 sərnişin arasında yalnız məndən bəyannamə doldurmamı tələb etdi».

Bunu AzadlıqRadiosuna naxçıvanlı hüquq müdafiəçisi, Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun muxtar respublika üzrə müxbiri Elman Abbasov bildirib.

O deyir ki, oktyabrın 14-də İstanbuldan Bakıya qayıdarkən Naxçıvan gömrüyü özüylə gətirdiyi malı saxlayıb:

«Dedilər ki, bəyannamə doldur. Mən malı açdırdım, orda nə vardı, hamısını qeyd etdim. Hətta şəxsi əşyalarım da vardı. Təxminən dəyəri 300 manat, çəkisi 10 kq olan pal-paltardır, ailə üzvlərimə almışdım. Dedilər ki, bu, ticarət məqsədilədir, məndən faktura tələb etdilər, fakturanı təqdim etdim. Dedim ki, rusum ödəmək lazımdırsa, rəsmiləşdirin, ödəyim. Amma razılaşmadılar, dedilər ki, müqavilə təqdim etməliyəm. Biz mağazadan nəsə alanda müqaviləmi bağlayırıq?».

Naxçıvan Muxtar Respublikasının Gömrük Komitəsindən isə AzadlıqRadiosuna deyiblər ki, mal saxlanıbsa, yəqin rüsuma düşüb, burda hansısa təzyiq axtarılmasına ehtiyac yoxdur.

Komitədən onu da dedilər ki, bu məsələni araşdıracaqlar.
XS
SM
MD
LG