Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:52

Gürcüstanın Xarici İşlər naziri Azərbaycana gəlir


Gürcüstanın Xarici İşlər naziri Qriqol Vaşadze oktyabrın 26-da Bakıya səfər edəcək.

Bu barədə «APA»ya Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfər işgüzar xarakter daşıyır. Səfər zamanı Gürcüstan xarici siyasət idarəsi rəhbərinin azərbaycanlı həmkarı və digər rəsmilərlə görüşəcəyi gözlənilir.

Görüşlərdə ikitərəfli və regional məsələlər ətrafında müzakirələrin aparılacağı xəbər verilir.
XS
SM
MD
LG