Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:28

Yəməndə 8 nəfər ölüb


Dünən gecə Yəmənin paytaxtı Sanada prezident Ali Abdulla Salehin əleyhdarları ilə tərəfdarları arasında baş verən döyüşlərdə 8 adam ölüb. 27 nəfər yaralanıb.

Bu haqda France-Press həkimlərə və yerli qəbilələrin nümayəndələrinə istinadən məlumat yayıb.

Üç nəfər Peremen meydanında hökumət qoşunlarının açdığı atəş nəticəsində ölüb. Digərləri isə Sananın al-Hasab məhəlləsində prezidentin əleyhdarları ilə tərəfdarları arasında baş verən qarşıdurmada ölüb.

Yəməndə hökumət əleyhinə etiraz aksiyaları fevral ayından başlayıb. Bu aksiyalarda 500-ə yaxın adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG