Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:30

Dünya gəncləri Gəncədə


Oktyabrın 13-dən Azərbaycanda Gənclər Festivalı keçirilir

Oktyabrın 13-dən Azərbaycanda Gənclər Festivalı keçirilir

Oktyabrın 13-dən Azərbaycanda Gənclər Festivalı keçirilir. Müxtəlif ölkələrdən olan gənclər festivalın 3-cü günü Gəncədə toplandı. Festival keçirilən məkanda hamı bir-biri ilə tanış olur, şəkillər çəkdirir, müzakirələr aparır, danışıb gülürlər...

GƏNCLƏR 35 ÖLKƏDƏN GƏLİBLƏR

Festivalının rəsmi açılış mərasimi də Gəncədə keçirildi. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında Nizami Gəncəvinin 870 illik yubileyinin eyni vaxta təsadüf etməsi və şairin yaradıcılığı barədə danışdı.

Daha sonra Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, «İrəli» İctimai Birliyinin sədri Ceyhun Osmanlı və bir neçə gənc öz fikirlərini bölüşdülər.

Tədbirə Gəncədən təşkilatçılıq edən «Gələcəyə körpü» İctimai Birliyini sədri Orxan Abbasov məlumat verdi ki, festivala qatılmış gənclər 15 ölkəni təmsil edirlər:

«AZƏRBAYCANI KƏŞF ET»

«Bu ideya bizə 1 il əvvəl gəlmişdi. Amma bu tip tədbirləri həyata keçirilməsi elə də asan deyil. Orxan Abbasov

Orxan Abbasov

100 iştirakçı bir neçə ölkədən gəlib. Onların qarşılanması, proqramın hazırlanması çətindir. Bu festivalla bağlı səhifəmiz var idi. Orada ərizə formaları var idi. 1000-dən çox ərizənin içindən seçilib gələn iştirakçılar. Ərizələrdə onların ictimai fəallığı, festivala göstərdiyi maraq nəzərə alınıb. Biz yaş limitini 30-dək qoymuşduq. Bu festivalın adı «Azərbaycanı kəşf et» idi. Əsas mövzu Nizami Gəncəvi götürüldü. Ancaq bu tədbiri ənənəvi hala salıb hər bir Azərbaycanın müxtəlif yerlərində keçirmək istəyirik».

Gənclər və İdman naziri Azad Rəhimov da jurnalistlərə müsahibəsində dedi ki, festivalın yekunlarının müzakirəsindən sonra növbəti illərdə belə tədbirin digər regionlarda keçirilməsi planlaşdırılacaq:

«Bizim üçün ən vacibi odur ki, tək Bakıda yox, həm də regionlarda beynəlxalq forumlar keçirilsin. Biz istəyərdik ki, bu forum bitəndən sonra onun təhlilini aparaq. Düşünürəm ki, zəngin tarixi olan şəhərin dünyada təbliği vacibdir».

ƏCNƏBİ GƏNCLƏR NƏDƏN XƏBƏRSİZDİR?

Gənclər festivalına «Eurovision» müsabiqəsinin qalibləri Eldar və Nigar da qatılıblar

Gənclər festivalına «Eurovision» müsabiqəsinin qalibləri Eldar və Nigar da qatılıblar

Əcnəbi gənclər də Azərbaycanda keçirilən festival barədə fikirlərini bölüşdülər. Onlar bu festivalı yüksək dəyərləndirdiklərini və Azərbaycanın problemləri ilə tanış olmağa çalışdıqlarını deyirlər. Hərçənd, Azərbaycanda bəzi gənclərin siyasi motivlərlə həbs edilməsindən xəbərsiz olduqlarını deyirlər.

Gənclər festivalına «Eurovision» müsabiqəsinin qalibləri Eldar və Nigar da qatıldılar. Gəncləri belə bir forumda iştirak etdikləri üçün təbrik etdilər.

Tədbirin rəsmi hissəsindən sonra iştirakçılar Gəncədə tikiləcək Gənclər şəhərciyinin təməl qoyma mərasiminə qatıldılar.

İştirakçılar Gəncədəki 3 günlük səfərdən sonra Şəmkir rayonundakı Şəmkir qala yerində aparılan qazıntı işləri barədə məlumatlandırılacaqlar. Daha sonra Qəbələ, və Şəki şəhərlərində olacaqlar. Festival oktyabrın 20-də Bakıda başa çatacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG