Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:32

Azərbaycan ordusunda NATO Günləri keçiriləcək


Oktyabrın sonlarında Azərbaycan Silahlı Qüvvələrində NATO Günləri keçiriləcək.

Bu barədə «APA»ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbir oktyabrın 25-də başlayacaq və 28-dək davam edəcək.

Tədbirlər əsasən Müdafiə Nazirliyinin təlim və tədris mərkəzlərini, təhsil müəssisələrini əhatə edəcək.

Azərbaycan Silahlı Qüvvələrində NATO Günləri hər il oktyabr ayının sonlarında keçirilir.
XS
SM
MD
LG