Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:43

Yaşayış evinə basqın olub, 50 min manat aparılıb


Bakıda yaşayış evindən külli miqdarda pul oğurlanıb.

Bu barədə «APA»ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Oktyabrın 14-ü saat 10:30 radələrində naməlum şəxslər Babək prospektində yaşayan Gülnarə İsgəndərovanın mənzilinə açıq qapıdan daxil olaraq onun ağzını və əllərini yapışqan lentlə bağlayıb, sonra döyüblər. Ev sahibini bıçaqla hədələyən quldurlar evdən 50 min manat aparıblar.

Xətai polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinənlər Bakı şəhər sakinləri Yeganə Rəhimova, Fariz MəmmədovFərid Məmmədov oktyabrın 15-də tutulublar.
XS
SM
MD
LG