Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:51

Milli Keçid Şurası Bani Validdə bayrağını dalğalandırıb


Liviyada Milli Keçid Şurasının qoşunları Bani Valid şəhərində bayrağını dalğalandırıb. Bu şəhər Qaddafi tərəfdarları ilə döyüşlərin aparıldığı sonuncu şəhərlərdən biridir.

Yeni hökumətin məlumatına görə, qoşunlar şəhərin mərkəzinə daxil olub. Ancaq ətraf ərazilərdə hələ də döyüşlər davam edir.

İtkilər haqqında dəqiq məlumatlar yoxdur. Şəhər uğrunda döyüşlər bir neçə həftədir davam edir.
XS
SM
MD
LG