Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:19

Bashar Assad 15 günə müxalifətlə danışıqlara başlamalıdır


Ərəb Dövlətləri Liqasına daxil olan ölkələrin xarici işlər nazirləri Suriya hakimiyyətini 15 gün ərzində müxalifətlə danışıqlara başlamağa çağırıblar.

Bu çağırış xarici işlər nazirlərinin bazar günü Qahirədə keçirilən toplantısında səslənib. Toplantı Bashar Assad rejiminə qarşı əlavə təzyiqlər göstərilməsi ilə bağlı olub.

Bu arada Suriyada hakimiyyət qoşunları Livan sərhədinin yaxınlığında yerləşən Zabadani şəhərinə ordu birləşmələri yeridib. Bundan əvvəl bu bölgədə müxalifətin tərəfinə keçən hərbçilərlə hökumət qoşunları arasında ağır döyüş olub.

BMT-nin məlumatına görə, mart ayından Suriyada hakimiyyət əleyhinə keçirilən etiraz aksiyalarında 3 mindən artıq adam həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG