Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:22

Gəncədə “Dünya Gənclər Festivalı” başlayıb


Oktyabrın 15-də Gəncədə “Dünya Gənclər Festivalı” başlayıb. Festivalda 48 ölkədən 100-dən çox gənc iştirak edir.

Təşkilatçılar dünyanın müxtəlif ölkələrindən gəncləri bir araya gətirərək Azərbaycan mədəniyyətini, adət-ənənələrini, tarixini tanıtmaq və dünyaya sülh və birlik mesajı vermək istədiklərini deyirlər.

Dünya Gənclər Festivalında münaqişələrin həlli və sülh quruculuğunda gənclərin rolu, gənclər siyasəti və incəsənət, idman və mədəniyyət mövzularında müzakirələr aparılması nəzərdə tutulur.

Açılış mərasimində gənclər və idman naziri BMT-nin əlaqələndiricisi Fikrət Akcura, Azad Rəhimov, Prezident Aparatının şöbə müdiri Elnur Aslanov və bir neçə millət vəkili də iştirak edib. “Evrovision 2011” mahnı yarışmasının qalibləri Nigar və Eldar da festival iştirakçılarını salamlayıblar.

Tədbiri hakimiyyətin siyasətini dəstəkləyən “Ireli” Gənclər təşkilatı təşkil edib. Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş festival oktyabrın 20-nə kimi davam edəcək.
XS
SM
MD
LG