Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:21

Avropa Mərkəzi Bankının rəhbəri avronun güclü olduğunu deyir


Avropa Birliyinin müqaviləsini elə dəyişmək lazımdır ki, üzv ölkələr ayrılıqda birlikdə qeyri-sabitlik yarada bilməsin.

Belə bir bəyanatla bazar günü Avropa Mərkəzi Bankının rəhbəri Jan-Klod Trişe (Jan-Klod Trishe) çıxış edib.

O Fransa televiziyası və radiosuna müsahibə verərkən qeyd edib ki, bir sıra ölkələr müqavilənin şərtlərinə əməl etmədiyindən Avropa Birliyi qlobal maliyyə böhranının öhtəsindən gələ bilmədi.

O həmçinin Avropa maliyyə institutlarını gücləndirmək üçün təcili tədbirlər görməyə çağırıb, eyni zamanda avronun möhkəm valyuta olaraq qaldığını vurğulayıb.

8 ildir ki, Avropa Mərkəzi Bankına rəhbərlik edən Trishe oktyabrın sonunda bu vəzifədən gedir.
XS
SM
MD
LG