Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:09

Suriya hakimiyyəti Zabadani şəhərinə ordu yeridib


Suriya hakimiyyəti Livan sərhəddinin yaxınlığında yerləşən Zabadani şəhərinə ordu birləşmələri yeridib.

Bundan əvvəl bu bölgədə müxalifətin tərəfinə keçən hərbçilərlə hökumət qüvvələri arasında ağır döyüş olub.

Son vaxtlar Suriyada hərbçilərin vaxtaşırı müxalifətin tərəfinə keçdiyi müşahidə olunur.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində azı 3 min adamın öldürüldüyünü deyir.

Ərəb Dövlətləri Liqası ölkələrinin müdafiə nazirləri Qahirədə Suriyanın təşkilata üzvlüyünün dondurulmasını müzakirə edirlər.

Səudiyyə Ərəbistanı da daxil olmaqla liqanın bir çox üzvləri Suriyadan səfirlərini geri çağırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG