Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:10

Göyçayda müsavatçı həbs edilib


Müsavat partiyası Göyçay rayon təşkilatının sədr müavini Neyman Əsgərov barəsində Göyçay məhkəməsi 5 sutkalıq həbs qərarı verib.
Bu barədə AzadlıqRadiosuna məlumat verən Müsavat partiyası Göyçay rayon təşkilatının üzvü Samir Abbaslının sözlərinə görə, okyabrın 16-da keçirilən məhkəmə qapalı olub və onlar konkret ittiham barədə məlumat əldə edə bilməyiblər.
Rayon Polis İdarəsinin rəis müavini Əflatun Məmmədov AzadlıqRadiosuna bildirmişdi ki, Neyman Əsgərov küçədə bərkdən danışdığı və polisin qanuni tələbinə əməl etmədiyi üçün şöbəyə gətirilib.
Samir Abbaslı isə Neyman Əsgərovun küçədə dayanıb siqaret çəkdiyini və bu zaman ona bir polis yanaşdığını deyib. Onun sözlərinə görə, hər hansı hay-küy olmayıb və Neyman Əsgərov polisin tələbi ilə polis idarəsinə gedib.
Yerli müsavatçılar onun saxlanmasını partiyanın oktyabrın 16-da Göyçayda planlaşdırdığı növbədənkənar konfransla izah edirlər.
Samir Abbaslı deyir ki, onlar yerli müsavatçıların birinin evində kofrans keçiriblər və təşkilata yeni sədr və qurultay nümayəndələri seçiblər. Təşkilatın yeni sədri Namiq Hacıbəyli olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG