Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:20

Londonda iqtisadi tələblərlə etiraz aksiyası davam edir


İkinci gündür ki, Londonda “Wall Streeti ələ keçir” hərəkatına dəstək olaraq etiraz aksiyası keçirilir.

250-ə yaxın adam şəhərin mərkəzində çadırlar qurub.

Dünənki nümayişdə 2 minə yaxın adam iştirak edib, onlardan təxminən 500-ü gecəni şəhərin mərkəzində keçirib.

Şənbə günü dünyanın 82 ölkəsində, 951 şəhərdə “Wall Streeti ələ keçir” hərəkatına dəstək olaraq kütləvi aksiyalar keçirilib.

Təkcə İtaliyanın paytaxtı Romada keçirilmiş nümayişdə 100 mindən çox adam iştirak edib.

“Wall Streeti ələ keçir” hərəkatı iqtisadi böhran və hakimiyyətin maliyyə siyasətinə etiraz olaraq bir ay bundan əvvəl Nyu-Yorkda yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG