Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:04

Banqkok daşqın təhlükəsiylə üzləşib


Tailandın paytaxtı Banqkok daşqın təhlükəsiylə üzləşib.

Xilasedicilər şəhəri qorumaq üçün bəndləri möhkəmləndirirlər.

Şəhərin əksər hissəsi dəniz səviyyəsindən cəmi 2 metr hündürlükdə yerləşir və şimalda ağzınacan dolmuş su anbarı yarılaraq Banqkokdan keçən çaya tökülə bilər.

Son yarım əsrdə Tailandda görünməmiş daşqın nəticəsində azı 297 adam ölüb, ölkənin 1/3-i demək olar ki, dağılıb.

İlkin hesablamalara görə ölkəyə 3 milyard dollar məbləğində ziyan dəyib.

Daşıqndan ən çox şimal, şimal-şərq və mərkəzi rayonlar zərər çəkib.
XS
SM
MD
LG