Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:02

Dünyanın 82 ölkəsində etiraz nümayişləri keçirilib


Şənbə günü dünyanın 82 ölkəsində, 951 şəhərdə Nyu-Yorkdakı “Wall Streeti ələ keçir” hərəkatına dəstək olaraq etiraz aksiyaları keçirilib.

Təkcə İtaliyanın paytaxtı Romada keçirilmiş nümayişdə 100 mindən çox adam iştirak edib.

Polislə qarşıdurmada 70 nəfərin yaralandığı, 15 adamın həbs edildiyi xəbər verilir.

Həmçinin Nyu-Yorkda keçirilmiş etiraz aksiyası zamanı polislə toqquşmalar olduğu bildirilir.

“Wall Streeti ələ keçir” hərəkatı iqtisadi böhran və hakimiyyətin maliyyə siyasətinə etiraz olaraq bir ay bundan əvvəl Nyu-Yorkda yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG