Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:38

Polis AXCP Gənclər Təşkilatının bayram yürüşünə icazə verməyib


Arxiv foto
Arxiv foto
Oktyabrın 16-da polis AXCP Gənclər Təşkilatının bayram yürüşünə icazə verməyib. Bu barədə AzadlıqRadiosuna məlumat verən AXCP Gənclər təşkilatının sədri Əbülfəz Qurbanlının sözlərinə görə, onlar Bakının Elmlər Akademiyası metro stansiyasının qarşısından Fəxri və Şəhidlər xiyabanlarına yürüş etmək istəyiblər, əllərində isə yalnız dövlət bayraqları olub:

“Amma yolun yarısında bizi Yasamal rayon polis idarəsinin əməkdaşları saxladı və bildirildi ki, yürüşümüz qanunsuzdur. Dedik ki, aksiya keçirmirik, sadəcə müstəqilliyimizin 20 illiyi münasibətilə yürüş edirik, ancaq mübahisəmiz bir nəticə vermədi və biz avtobusla Fəxri xiyabana getdik”.

Əbülfəz Qurbanlının sözlərinə görə, onlar İctimai Palata ilə birgə Fəxri xiyabanda mərhum prezident Əbülfəz Elçibəyin qəbrini ziyarət edəndən sonra Şəhidlər Xiyabanına yürüş ediblər.

Əbülfəz Qurbanlı deyir ki, polis bu yürüşə heç bir maneə törətməyib.
XS
SM
MD
LG