Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:42

Yəmən müxalifəti yeni aksiyalara çağırıb


Yəmən müxalifəti prezident Ali Abdullah Salehin istefası tələbilə bu gün yeni aksiyalara çağırıb.

Müxalifət fəallarından biri Valid al Amari France-Press agentliyinə bildirib ki, hakimiyyətin repressiyalarına baxmayaraq nümayişlər davam etdiriləcək.

Onun qeyd edib ki, müxalifət hazırda hərbçilərin mühavizəsində olan prezident sarayına yürüş etməyi planlaşdırır.

Bu ərəfədə təhlükəsizlik qüvələrinin paytaxt Sanada nümayişçiləri atəşə tutması nəticəsində azı 12 adam ölüb.

Bu ilin fevralından Yəməndə prezidentin istefası tələbilə kütləvi aksiyalar keçirilir.
XS
SM
MD
LG