Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:29

Yaroslavlda xokkeyçilərin qırxı anılır


Bu gün Yaroslavlda “Lokomotiv” xokkey komandası üzvlərinin təyyarə qəzasında həlak olmasının 40 günü tamam olur.

Yaroslavldakı “Arena-2000” sport kompleksində matəm mərasimi keçirilir.

Eyni zamanda kompleksdə xeyriyyəçilik tədbiri keçirilir və yığılan vəsait qəzada həlak olanların ailə üzvlərinə yardım fonduna veriləcək.

Həmçinin Yekatrinburqda matəm mərasimi keçirilir.

Sentyabrın 7-də Yak-42 təyyarəsinin Yaroslavl ətrafında qəzaya uğraması nəticəsində komandanın əsas heyəti və məşqçilər də daxil olmaqla təyyarədə olan 45 nəfərdən 44-ü həlak oldu.

Qəzanın səbəbi hələ də araşdırılır.
XS
SM
MD
LG