Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:57
2012-ci il «Green Card» lotereyasını Ermənistandan 1000-ə yaxın adam qazanıb.

Bu barədə 2013-cü il «Green Card» lotereya oyunlarının başlamasına həsr olunmuş mətbuat konfransında ABŞ-ın Ermənistandakı konsulu Robert Farkuar məlumat verib.

Hər il Amerika Birləşmiş Ştatları tərəfindən oynanılan «Green Card» lotereyasını 2011-ci ildə qazanan Ermənistan vətəndaşlarının sayı isə 1200 nəfər olub.

Konsul «Green Card» uduşuna görə Ermənistanın regionda lider olduğunu bildirib.

Onun sözlərinə görə, 2011-ci ildə Gürcüstandan 700 nəfər, Azərbaycandan isə 350 nəfər «Green Card» lotereyası qazanıb.

Rusiyadan lotereya qazananların sayı isə 2400 nəfər olub.

2012-ci il üçün Azərbaycandan «Green Card» qazananların sayı isə 304 nəfər olub.

2013-cü illə bağlı «Green Card» lotereya oyunları oktyabrın 4-dən başlayıb və noyabrın 5-ə qədər davam edəcək. Hər il bu proqram çərçivəsində 55 min «müxtəliflik vizası» (Diversity Visa) oynanılır.

Oyun ABŞ-a az miqrasiya etmiş ölkə vətəndaşları üçün keçirilir.

Konsul Robert Farkuaranın sözlərinə görə, son 5 ildə hansı ölkədən 50 min vətəndaş Amerikaya immiqrasiya edibsə həmin ölkələrin vətəndaşları lotereyada iştirak edə bilməz.

«Green Card» sahiblərinin müəyyənləşməsi kompüterin təsadüfü seçimi ilə baş verir.

Lotereya qazanan şəxs immiqrasiya vizası alır.

Konsula görə, oyunda uduş hələ «müxtəliflik vizası»nı almaq demək deyil.

«Qaliblər həmçinin müsahibə mərhələsini keçməlidirlər, yalnız bundan sonra onlara viza verilir»-deyə konsul bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG