Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:28
«Bütün siyasi məhbuslara azadlıq!» tələbi ilə Müsavat qərargahında keçirilən aclıq aksiyası davam edir.

Oktyabrın 15-də aksiyaya AXCP Gənclər Komitəsinin üzvü Dəyanət Babayev qoşulub.

Bununla da aclıq edənlərin sayı 3 nəfər olub.

Aksiyanı oktyabrın 14-də 2 aprel aksiyası zamanı həbs edilən AXCP üzvü Elnur Məcidlinin atası Arzuman Məcidli ilə Müsavat fəalı Rüfət Hacıbəylinin atası İbrahim Hacıbəyli başlayıb.

Arzuman Məcidli: «İstəyimiz odur ki, həbsdəki bütün siyasi məhbuslar, gənclər azadlığa buraxılsın. Elə aclıq aksiyasını da ona görə keçiririk».

Aksiya keçirənlər divara «Siyasi məhbuslara azadlıq!», «Övladlarımızın həbsinə etiraz edirik!», «Siyasi məhbuslarsız «Eurovision»!» və s. şüarlar yazıblar.

2011-ci ildə həbs edilən ictimai fəalların yaxınlarının hamısı aksiyada iştirak etməyi qərar alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG