Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:46

Bakıdakı müəllimlərin də diplomları yoxlanılacaq


Foto: Arxiv
Foto: Arxiv
Bakı məktəblərində çalışan müəllimlərin də diplomları yoxlanılacaq.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib.

«Bütün məktəblərdə çalışan müəllimlərin diplomlarının nömrələrinin qeydiyyatı prosesi keçirilir. Bakı məktəbləri də bu prosesə qoşulacaq».

Hazırda Bakı məktəblərində 31 min müəllim çalışır.

Respublikanın bir neçə rayonunun ümumtəhsil məktəblərində aparılmış yoxlamalar nəticəsində 92 təhsil işçisinin diplomunun saxta olduğu aşkarlanıb. /apa/
XS
SM
MD
LG