Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 07:02

ABŞ Tehranın bəyanatının yalan olduğunu deyir


ABŞ rəsmisi bildirib ki, Səudiyyə Ərəbistanının səfirinə sui-qəsd cəhdilə bağlı Vaşinqtonla heç bir əlaqə olmaması barədə Tehranın bəyanatı yalandır.

Dövlət Departamentinin sözçüsü Victoria Nuland 2 gün bundan əvvəl berə bir görüş olduğunu deyir.

İranın BMT-ki missiyası bundan əvvəl bu məsələylə bağlı Vaşinqtonla Tehran arasında hər hansı bir görüş olmadığını bildirmişdi.

ABŞ bu günlərdə bəyan edib ki, İran hakimiyyətilə əlbir olan 2 nəfər Səudiyyə
Ərəbistanının Vaşinqtondakı səfirinə qarşı sui-qəsd hazırlayırmışlar.

İran ittihamı rədd edir, məsələnin qondarıldığını deyir.
XS
SM
MD
LG