Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:31

Ermənistan məğlubiyyətin günahını hakimdə görür


Qapıçı Roman Berezovski Slovakiya-Ermənistan oyununda, 6 sentyabr 2011

Qapıçı Roman Berezovski Slovakiya-Ermənistan oyununda, 6 sentyabr 2011

Avro-2012 seçmə mərhələsi çərçivəsində B qrupunun son oyununda Ermənistan yığması Dublində İrlandiya millisinə 1:2 hesabla məğlub oldu. Birinci hissənin ortalarında Ermənistan meydanda 10 nəfərlə qaldı, qapıçı Roman Berezovski oyundan kənarlaşdırıldı. Buna baxmayaraq azarkeşlər İrlandiya yığması ilə oyundan qayıdan Ermənistan millisini Yerevan beynəlxalq aeroportunda alqış və nəğmələrlə qarşıladı:

«Bu artıq qələbədir, öz özlüyündə qələbədir, biz mübarizə ruhumuzla udduq. Demək istəməzdim ki, bu mənəvi qələbədir, amma birliyimizlə qələbə qazandıq».

GÜNAH HAKİMDƏDİR?!

Erməni azarkeşləri Ermənistan yığmasının oyununa məyus deyildilər, bunun əvəzində ispaniyalı hakim Eduardo Qonsalesin hakimliyindən böyük narazılıq var idi. O, oyunun 26-cı dəqiqəsində cərimə meydançasını tərk edən Ermənistan millisinin qapıçısı Roman Berezovskinin hərəkətini «son ümid folu» kimi qiymətləndirərək onu meydandan qovub:

«Birmənalı olaraq, hakim oyunu yaxşı aparsaydı, biz udacaqdıq. Təəssüf ki, belə bir oyunla biz qələbə qazana bilmədik.

Hamı görürdü ki, bizim yığma daha yaxşı oynayırdı. Biz hamını sevirik və biz həmişə yığmamızın yanındayıq».

Futbol şərhçisi Senik Karapetyan hakimin obyektivliyinə ciddi şübhə edir:

«Bu, köhnə Britaniya üsuludur: UEFA bu cür oyunlar üçün təqaüdçü yaşlı hakimlər təyin edir. Tezliklə bu hakimi UEFA-da hansısa yüksək bir vəzifəyə təyin etsələr, təəccüblənmərəm. Təəssüf ki, belə alındı. Onlar hiyləgər addım atdılar, düşünürdülər ki, biz bunu başa düşməyəcəyik».

Əfsanəvi «Ararat 73» komandasının futbolçusu Sergey Poqosyan hakim Qonsalesin hərəkətlərini savadsız adlandırıb, deyib ki, təcrübədə belə səhvlər nadir hallarda baş verir:

«O, oyunu pis idarə edirdi. Yadınızdadırsa, o, hətta sərt oyuna reaksiya vermirdi. Qapıçını çox nadir hallarda qovmaq olar. O isə bizim Berezovskini çıxarmaqla bütün oyunumuzu alt-üst etdi».

Ermənistan yığması, 6 sentyabr 2011

Ermənistan yığması, 6 sentyabr 2011

PREZİDENT DƏ RAZIDIR

Hakimin qərarından danışan idman şərhçisi Karen Qiloyan təəssüflə deyir ki, bir müddət keçəndən sonra hamı oyunu unudacaq, yalnız irlandların qələbəsini qeydə alan statistika qalacaq:

«Amma bu, 2:1 hesablı oyun deyildi. Hətta 10 nəfərlə biz rəqibdən daha güclü idik. Hər halda təkrar oyun olmayacaq».

Ermənistan prezidenti Serj Sarkisyan da Ermənistan futbolu haqda fikrini bölüşüb, deyib ki, əsas nailiyyət milli birlikdir:

«Gözləntilərimiz niyə doğrulmadı? Mən qiymət vermək istəmirəm, amma dəqiqliklə demək istəyirəm ki, bizim oğlanlar əla oynadılar».

Sosial şəbəkələrdə, müxtəlif forumlarda, saytlarda erməni azarkeşləri belə bir fikir söyləyirlər ki, Ermənistan Futbol Federasiyası hakimin sərt qərarından şikayət verməlidir.

HAKİMDƏN ŞİKAYƏT TƏLƏBİ

Erməni futbol azarkeşi İrlandiya-Ermənistan oyununu izləyir, 11 oktyabr 2011

Erməni futbol azarkeşi İrlandiya-Ermənistan oyununu izləyir, 11 oktyabr 2011

«Facebook» sosial şəbəkəsində hətta müvafiq qrup yaradılıb. Qrupa Ermənistan və dünyadan 1000-dən çox azarkeş, müxalif və hakimiyyətyönlü siyasətçilər, jurnalistlər, bloqqerlər, politoloqlar qoşulub.

Bir çox KİV-lər, idman şərhçiləri hakimin qərarını ən azından mübahisəli sayırlar.

«Belfast Telegraph» qəzeti yazır: «İrlandiya Ermənistanı 2:1 hesabı ilə udub. Covanni Trappatoninin komandası play-off oynayacaq, amma bu, irlandların üstünlüyü yox, ermənilərin faciəsidir».

Şərhçi Daniel MakDonald qeyd edir ki, oyunda dönüş 26-cı dəqiqədə baş verib, arbitr qapıçı Roman Berezovskini meydandan qovub: «Birinci irlandların hücumçusu Koks əllə oynayıb, odur ki, Berezovskinin sonradan bədəninin hansı hissəsi ilə topa toxunmasının o qədər də əhəmiyyəti yoxdur».

BBC isə xəbər verir ki, oyundan sonra Koks əllə oynamasını etiraf edib. O, qapıçının meydandan çıxarılmasını səhv addım adlandırıb, deyib ki, topun cərimə meydançasının kənarında Berezovskinin əlinə dəydiyini zənn etmir.

Şərhləri göstər

XS
SM
MD
LG