Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:25

Tripolidə Qaddafi tərəfdarları ilə toqquşma olub


Cümə günü Liviyanın paytaxtı Tripolidə Muammar Qaddafinin tərəfdarlarıyla müvəqqəti milli şuranın qüvvələri arasında baş vermiş toqquşmalarda azı 3 nəfər ölüb, 30-dan çox adamsa yaralanıb.

Yeni hakimiyyətin təhlükəsizlik xidmətinin nümayəndəsi Abdel Razak al Oraidi.

Məlumatlara görə Abu-Salim rayonunda baş vermiş ayrı-aytı toqquşmalarda Qaddafinin 50-dək tərəfdarı iştirak edib.

Amma müşahidəçilər bunu Tripoli ələ keçirildikdən sonra yeni hakimiyyətə qarşı təşkil olunmuş silahlı müqavimətin ilk əlaməti hesab edirlər.

Yeni hakimiyyətin qüvvələri hazırda Qaddafinin doğma şəhəri Sirti tam ələ keçirməyə çalışırlar.

Qaddafinin yeri hələlik bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG