Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:40
Müsavat Partiyası Göyçay rayon təşkilatının sədr müavini Neyman Əsgərovu oktyabrın 15-də polis saxlayıb.

Rayon Polis İdarəsinin rəis müavini Əflatun Məmmədov onun küçədə bərkdən danışdığını və polisin qanuni tələbinə əməl etmədiyi üçün şöbəyə gətirildiyini deyir.

«Post-patrul xidməti ilə küçədə nə isə bərkdən danışıb. Ona görə də onu gətiriblər. Şöbədədir, hələ ki inzibati qaydada tədbir görülür, protokol yazılır. Məhkəməyə də göndərilə bilər, polis özü də tədbir görə bilər».

Müsavat başqanının müavini Gülağa Aslanlı partiya üzvünün saxlanmasını siyasi fəaliyyəti ilə əlaqələndirir. Deyir ki, oktyabrın 16-da rayon təşkilatının növbədənkənar konfransı və Müstəqillik Günü münasibətilə İctimai Palatanın Göyçayda tədbiri planlaşdırılır:

«Bu polisin çoxdankı xəttidir və bunu Bakıda da görmüşük. Neymanın küçədə söyüş söyməsi, xuliqanlıq etməsi mümkün deyil».

Sədr müavinin arxasınca polisə gedən Müsavat üzvü Samir Abbaslını da polis saxlayıbmış. Amma o, bir qədər sonra sərbəst buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG