Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:30

Əfqanıstanda ABŞ bazasına hücum edilib


Əfqanıstanın Pəncşer əyalətində ABŞ bazasına hücum edilib.

Beynəlxalq komandanlığın məlıumatına görə, hücumu minalanmış maşınla bazaya yaxınlaşan 4 intiharçı törədib.

Atışma zamanı hücum edənlərin 4-də öldürülüb, bazanın 2 keşikçisi isə yaralanıb.

Bu bazada yerli və xarici qüvvələr, habelə mülki şəxslərdən ibarət bərpa qrupu yerləşdirilib.

Hücuma görə cavabdehliyi taliban üzərinə götürüb.
XS
SM
MD
LG