Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:35

Bakı məktəblərində meyvə-tərəvəzin satışına başlanılıb


Zəminə Əliqızı

Zəminə Əliqızı

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib.

O deyib ki, hələ bir neçə il əvvəl BŞTİ-nin məktəb bufetlərində meyvə-tərəvəzlərin satışı ilə bağlı təşəbbüsü olub:

«İlkin mərhələdə cəmiyyət bu fikrə o qədər də hazır deyildi. Biz bunu israrla tətbiq etmək istəmədik. Əslində, məktəb bufetlərində meyvə-tərəvəzlərin satışının BŞTİ-yə birbaşa dəxli yoxdur. Biz sadəcə, uşaqların sağlam qidalanması üçün bu addımı atırıq».

Z. Əliqızı deyib ki, məktəb bufetləri idarənin tabeliyində deyil:

«Biz «Məktəbli» iaşə müəssisə ilə danışıqlar apardıq, məktəblərdə meyvə-tərəvəzin satışını bu müəssisə həyata keçirir. Uşaqların meyvələrin alınmasına çox böyük marağı var. Qiymətlər də münasibdir». /apa/

Günün bütün mövzuları

XS
SM
MD
LG