Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:33

Rəhim Qazıyev: «Mən deməmişəm ki, Şuşa getsə başıma güllə vuracağam»


Rəhim Qazıyev
Rəhim Qazıyev
«Müstəqilliyin 20 illiyi» silsiləsindən istiqlalçı deputat Rəhim Qazıyevin «İşdən sonra» proqramına müsahibəsindən bəzi sitatları nəzərinizə çatdırırıq:

«O günlər mənim özümə şirin xəyal kimi gəlir».

«İstiqlalçı deputatlar çalışırdılar ki, o müqəddəs azadlıq şərbətini xalqa içirə bilsinlər».

«Təəssüflər olsun ki, o məqamı əlimizdə saxlaya bilmədik».

«Bu gün ən yeni tarix yazılır. Amma yeni tarixin iştirakçıları inkar olunur».

«Heç kim Heydər Əliyevin 40 illik fəaliyyətinin üstündən xətt çəkə bilməyəcək. Amma 40 ilin qırxını da peyğəmbər kimi səhvsiz olmasından danışanda adamın tükləri biz- biz olur».

«Biz komandanı vahid yumruğa çevirə bilmədik».

«İstiqlaliyyət deyib mübarizə aparan adamlarla istiqlaliyyəti öz məramları üçün istifadə edən adamları ayıra bilmədik».

«Heydər Əliyev demişdi ki, çiynimə pencəyi salıb, gedib Qarabağı gülə-gülə alacam, İlham Əliyevin əlinə avtomat verəcəm».

«İndiki hakimiyyət gecə-gündüz deyir ki, biz guya ki 11 ayda hər şeyi dağıtdıq, 18 ildir bunlar yığıb qurtara bilmirlər».

«İsa Qəmbərin Müsavat partiyasını yaradaraq, konstitutsion hökumətə çevirərək vahid komandanı parçalaması ən böyük xəyanətdir».

«Ehtiras ağlı üstələyəndə orada qələbə ola bilməz. Mənim də səhvim həmin vaxt çılğın olmağımda idi».

«Mən deməmişəm ki, Şuşa getsə başıma güllə vuracağam».

«Şuşanın, Laçının getməsi təkcə erməninin və yaxud da erməninin arxasında duran qüvvələrin gücü deyildi. Həmin dövrdə Azərbaycanda hakimiyyət uğrunda gedən mübarizənin acı nəticəsi idi».

«Mən 11 ay nazir olmuşam amma 17 ildir Rəhim Qazıyev haqda danışırlar».

«Nə 92-ci ildə, nə də indi biz istədiyimiz səviyyədə demokratiya olub».

«Əbülfəz Elçibəyin seçkilərində də saxtakarlıq oldu və bu günə kimi keçirilən bütün seçkilərdə saxtakarlıq olub».

«Demokratiya adı ilə hər kəs öz mənafeyinə xidmət edir».

«Heç vaxt heç kimdən rüşvət almamışam».

«Həmin dövrdə mən nə görmüşəmsə tənqid etmişəm. Məgər bu komandaya qarşı çıxmaqdır?».

«Prezident olmaq istəsəydim 7 iyun 92-ci ildə prezident seçkilərində mən də sənəd verib iştirak edə bilərdim».

«Əbülfəz bəy prezident fəaliyyətinə başlayanda mən dedim ki, bu komanda ilə işləmək istəmirəm».

«İndi hamı millət deyəndə ailə üzvlərini, vətən deyəndə divarından içəridəkini nəzərdə tutur».

«Sol da, sağ da məni qəbul etmir ki, mən sözümü deyirəm. Ölənə kimi də deyəcəm».

«Heydər Əliyevin barmağının göstərişi ilə verilən ölüm hökmündən mən imdad diləməmişəm».

«Mən prezident olmaq istəməmişəm, sadəcə olaraq bu torpağın çiçəklənməsini, bu torpaqda yaşayan insanların xoşbəxt olmasını istəmişəm».

«Mənim müdafiə naziri olanda iki təlim görmüş taborum yox idi».

«6 aylıq ordu ilə 20 illik ordunu müqayisə etmək düzgün deyil».

«İlham Əliyev hamının prezidentidir. Ayrıseçkilik etmək lazım deyil».

«Mən Allahdan başqa heç vaxt heç kimin qulu olmamışam».

«20 ildir hələ mənim ürəkdolu sevincim olmayıb. Nəyə sevinim?».

«Uğurlardan danışmaq əhəmiyyətsizdir. Hər şey göz qabağındadır».

«Qəddar düşmənimin ünvanına da heç vaxt böhtan deməmişəm, demərəm».

«65 yaşlıları çıxarırlar, amma Prezident Aparatında 73 yaşlılar oturub».

«Bu dəqiqə əlimə silah alıb döyüşə gedə bilərəm».

«Vəzifə üçün yaşlıyam, amma döyüşməyə gücüm var».

«Mən bu millətin bu günü ilə də bu millətin övladı olduğuma görə fəxr edirəm».

«Mən İlham Əliyevin siyasətini bəyənmirəm, amma ali baş komandan olaraq o qələbəni qazansa onu təbrik etməsəm mənə haram olsun».

Rəhim Qazıyevlə söhbəti tam olaraq buradan dinləyin:

XS
SM
MD
LG