Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:59
Əziz AzadlıqSevər!

AzadlıqRadiosu-nu müxtəlif mobil sistemlərdə dinləmək üçün aşağıdakıları bilməlisiniz:

Hazırda AzadlıqRadiosu-nu İnternetə girişi olan demək olar, bütün mobil sistemlərdə (smartfon və ya tabletlər) dinləmək olur. Bunun üçün Smartfon olmayan telefonlara İnternet Radio apps-ləri yükləyərək orada RFERL və ya Azadliq Radiosu yazıb radionu tapıb dinləmək olur.

Smartfon və ya tabletlərlə (planşet və ya PDA) bu iş daha asandır. Dünyaya yayılmış, demək olar ki, bütün mobil sistemlərin hamısının mağaza - Store və ya market sistemindən siz RFERL yazmaqla xüsusi, professional apps və ya TuneIn apps-ini yükləyib bizi 24 saat dinləmək və materiallarımızla tanış olmaq olur.

QEYD-1: Android-lər üçün mobil App-si buradan yüklə.

QEYD-2: iPhone, iPod Touch və iPad-lərdə də AzadlıqRadiosu-nun videolarına baxmaq, audioları dinləmək olur. Amma bunun üçün AzadlıqRadiosu-nun səhifəsini Safari browserində yox, Apple şirkətinin yeni hazirladığı Puffin browserində açmaq lazımdır. Apple store-a girib Puffin browserin app-sini iPhone, iPodTouch və iPad-inə yüklə.

QEYD-3: AzadlıqRadiosu-nu köhnə tipli (Symbian sistemli) «Nokia» mobil telefonlarında necə canlı dinləməklə bağlı məlumat vermişdik. Bildiririk ki, indi bu xidmət digər model telefonlarda - «Nokia»nın adi modellərində, «Samsung» (Android sistemi olmayan) və «SonyEricsson» da mümkündür. Təbii ki, ilkin şərt olaraq mobil telefon GPRS, 3G, 4G və ya Wi Fi İnternet şəbəkələrini dəstəkləməlidir.

QEYD-4: AzadlıqRadiosu-nu indi canlı mobil şəbəkədə ən populyar TuneIn İnternet radio sistemində də dinləmək olur. Əgər telefonunuzun İnternet mağazasında (Store, Play-market) bu apps varsa, onu yükləyib (kanalın adı: RFERL 24 Azadliq Radio) radionu günün 24 saatı dinləmək olar. Qeyd edək ki, bu apps tamamilə pulsuzdur.

Əgər mobilin «Android», «Apple», «Microsoft» və ya «BlackBerry» sistemli telefondursa, nəzərinə çatdırırıq ki, bu modellərin özünün İnternet Radio sistemləri vardır.

GPRS və ya 3G, 4G mobil İnternetdən istifadə edirsinizsə ucuz başa gəlməsi üçün yaxşı olar ki, qabaqcadan 300, 500 MB və ya 1 GB-lıq mobil İnternet trafik paketi alasınız («Azadlıq»ın dalğası 64-128 Kbit/san ilə yayılır).

Uğurlar!

Qeyd-5: Radiomuzu canlı olaraq İnternetdə dinləməklə bağlı sualınız varsa, efir@azadliqradiosu.az ünvanına e-mail, Facebook-da mesaj yaza və ya 436-77-40 (daxili 1355) nömrəsinə zəng edə bilərsən!

Şərhləri göstər

XS
SM
MD
LG