Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:26

Bahar Muradova Avropa Parlamenti rəhbərinin çağırışına münasibət bildirdi


Bahar Muradova

Bahar Muradova

«Avropa Parlamentindən Azərbaycanda siyasi məhbus adlandırılanların azad edilməsinə dair çağırış varsa, biz onu qəbul edirik. Deyirik ki, narahat olmayın, bu istiqamətdəki proseduralar ardıcıl olaraq yerinə yetirilir».

Bunu Milli Məclis sədrinin müavini Bahar Muradova AzadlıqRadiosunun sualını cavablandırarkən deyib:

«Avropa Parlamentindən və digər beynəlxalq təşkilatlardan bu cür fikirlər səslənə, bəyanatlar verilə bilər. Amma biz də bilirik ki, siyasi məhbus adlandırılanlar kimlərdir. Onlar nəyə görə belə adlandırılıblar və niyə həbs olunublar. Mən tərəfdarıyam ki, onların hər birinə şəffaf apelyasiya imkanları yaradılsın və bu, yaradılır. Qoy digər məhkəmə instansiyası özündən əvvəlkinin qərarına obyektiv münasibət bildirsin».

Oktyabrın 13-də Avropa Parlamentinin prezidenti Yeji Buzek (Jerzy Buzek) AzadlıqRadiosunun müxbirinə müsahibəsində deyib ki, Azərbaycanda həbsdə qalan bütün siyasi məhbuslar azad edilməlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG