Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:54
BAKIDA 10 MİNDƏN ARTIQ TAKSİ YIĞIŞDIRILACAQ

«Bizim yol» qəzeti Nəqliyyat naziri Ziya Məmmədova istinadən yazır ki, Bakı şəhərində qanunsuz taksi fəaliyyəti ilə məşğul olan 10 mindən artıq avtomobil var. Və nazirlik bu avtomobilləri tamamilə yığışdırmaq niyyətindədir:

«Məqsəd ondan ibarətdir ki, bu sahədə Bakı şəhərində qanun-qayda yaradılsın və vətəndaşlara müasir, gözəl maşınlar xidmət göstərsin. Bəzi sürücülər qeyri-qanuni fəaliyyət göstərməyə vərdiş ediblər, indi taksi kimi istifadə olunan maşınların böyük əksəriyyəti bu tələblərə cavab vermir. Bəziləri hətta əzilmiş vəziyyətdədir. Biz isə onları yeni avtomobillərdə fəaliyyət göstərməyə dəvət edirik».

Qəzet yazır ki, nazir əhalinin və sərnişinlərin yeni taksilərdən razılıq etdiklərini bildirir. O deyib ki, istənilən şəxs yeni taksi avtomobillərini pulla alıb taksi kimi istifadə edə bilər.

DÖVLƏT ARTIQ SİYASİ PARTİYALARI MALİYYƏLƏŞDİRMƏK GÜCÜNDƏDİR

«Azərbaycan» qəzeti xəbər verir ki, «Siyasi partiyalar haqqında» qanun layihəsi Avropa Şurasının Venesiya Komissiyasında müzakirə olunacaq. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, siyasi partiyaları xarici və daxili asılılıqdan xilas etməyin vaxtı çatıb. Dövlət öz imkanlarından istifadə edərək partiyaların maliyyələşməsini üzərinə götürə bilər. Əli Həsənov

Əli Həsənov

Ə.Həsənov vurğulayıb ki, Venesiya Komissiyasında müzakirə olunacaq qanun layihəsi Prezident Administrasiyasında hazırlanıb. 3-4 gün ərzində layihənin müzakirəsi yekunlaşmalı və sənəd parlamentə göndərilməlidir. Şöbə müdirinin fikrincə, bu qanunun qəbul olunması zəruridir:

«Azərbaycan dövləti artıq inkişafının elə bir mərhələsinə gəlib çatıb ki, siyasi partiyaları maliyyələşdirmək gücünə malikdir».

«Yeni Müsavat» qəzetindəki «RƏSMİ BAKI MÜHASİRƏNİ PARİSDƏN YARIR» adlı yazıda qeyd olunur ki, hakimiyyət Qərblə münasibətlərini Fransa üzərindən nizamlayır.

Qəzet yazır ki, Nikola Sarkozinin ötən həftə Cənubi Qafqaz respublikalarına səfərinin əsas məqsədi Ermənistana simpatiyasını nümayiş etdirmək olsa da, Bakıda bundan o qədər də məyus olmayıblar:

«Azərbaycan hakimiyyətində hesab edirlər ki, Sarkozi ilə yaxşı münasibətlər indiki mürəkkəb beynəlxalq situasiyada çox mühümdür. Bu münasibətlə də rəsmi media və telekanallara onun Bakıya səfərini maksimim reklam etmək tapşırılıb».

Günün bütün mövzuları

XS
SM
MD
LG