Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:32

Xarici jurnalistlərin döyülməsilə bağlı məhkəmə davam edib


Oktyabrın 13-də Yasamal rayon məhkəməsində ABŞ vətəndaşı Amanda
Erikson(Amanda Erickson )və Böyük Britaniya vətəndaşı Silya Devisin (Celia Davies) döyülməsi ilə bağlı məhkəmə prosesi davam edib.

Prosesdə jurnalist Silya Devis yenidən ifadə verib.

O, iyunun 15-dən 16-na keçən gecə 4 nəfər naməlum şəxs tərəfindən döyüldüklərini deyib.

Təqsirləndirilən şəxslər isə bugünki prosesdə bildiriblər ki, onlar əcnəbi jurnalistlərə tanış olmaq üçün yaxınlaşıblar.

Ötən prosesdə zərəçəkən Silya Devis dövlət tərəfindən ona verilən tərcüməçinin düzgün tərcümə etmədiyini bildirərək ondan imtina etsə də zərəçəkənin məhkəməyə təqdim etdiyi yeni tərcüməçini məhkəmə qəbul etməyib.

Bu iş üzrə dörd gənc Cinayət Məcəlləsinin "bir qrup şəxs tərəfindən törədilən xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada" təqsirləndirilir. Əgər gənclərə qarşı irəli sürülən ittihamlar sübut olunarsa onları 3 ildən 7 ilədək cəza gözləyir.
Növbəti proses oktyabrın 27-nə təyin edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG