Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:59

«Nida» vətəndaş hərəkatının saytı təqdim edilib


«Nida» vətəndaş hərəkatının internet saytının təqdimatı keçirilib

«Nida» vətəndaş hərəkatının internet saytının təqdimatı keçirilib

Oktyabrın 13-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində «Nida» vətəndaş hərəkatının internet saytının təqdimatı keçirilib.

«Turan»ın məlumatına görə təqdimatda iştirak edən «Nida» hərəkatının İdarə Heyətinin üzvü Etibar Salmanlı bildirib ki, saytın dizaynı ölkənin aparıcı bloggerləri və fəal gənclər ilə birlikdə hazırlanıb.

Saytda əsasən hərəkatın keçirdiyi aksiyalar, tədbirlər, bəyanatlar, maarifləndirici yazılar, tərcümələr, videoroliklər yer alıb.

Hərəkatın digər üzvü Turqut Qəmbər qurumun 2011- cı ilin fevralında bir sıra fəal gənc və blogger tərəfindən yaradıldığı vaxtdan indiyədək gördüyü işlərdən və gələcək planlarından danışıb: ««Nida»-nın əsas məqsədi ölkəni demokratikləşməsində fəal rol oynamaqdır».

«Nida»nın keçirdiyi ictimai kampaniyalarından danışan Turqut Qəmbər bildirib ki, ali məktəblərdə təhsil haqlarının artırılması ilə əlaqədar kitaba ehtiyacı olan tələbələr üçün kitablar yığılıb və tələbələrə verilib: «Bundan əlavə, həbs olunmuş gənc fəalların azadlığa buraxılması üçün imza toplanması aksiyasına başlanılıb. Biz Twitter sosial şəbəkəsinin Azərbaycan dilinə tərcümə olunmasına da çalışırıq».

Sonda «Nida»nın həyata keçirdiyi tədbirlərə dair videoçarx nümayiş etdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG