Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:23

Həbsdə olanların ailə üzvləri aclıq aksiyasına başlayır


Arzuman Məcidli

Arzuman Məcidli

2011-ci ildə həbs olunan ictimai-siyasi fəalların ailə üzvləri oktyabrın 14-də Müsavat Partiyasının qərargahında aclıq aksiyasına başlayır.

Bunu AzadlıqRadiosuna 2 aprel aksiyası zamanı həbs edilən AXCP üzvü Elnur Məcidlinin atası, Məhbus Ailələri Komitəsinin üzvü Arzuman Məcidli deyib.

Tələbləri 2 aprel aksiyasında həbs edilənlərin buraxılmasıdır:

«İlk olaraq mən və Rüfət Hacıbəylinin atası aclıq aksiyasına başlayacağıq. Daha sonra o biri ailələr də bizə qoşulacaq. Aksiyada məqsəd Azərbaycan cəmiyyətinin və beynəlxalq ictimaiyyətin diqqətini günahsız həbs olunan şəxslərə, siyasi məhbuslara cəlb etməkdir. Çünki İctimai Palatanın 2 aprel mitinqində müxalifətçilər heç bir qanun pozuntusuna yol verməyiblər, dövlət əmlakına və şəxsi mülkiyyətə zərər vurmayıblar. Onlar hakimiyyətin istefasını istədikləri, «Azadlıq!» şüarı səsləndirdikləri üçün həbs olunublar».

İctimai Palatanın 2 aprel aksiyasından sonra 13 müxalifətçi müxtəlif müddətlərə azadlıqdan məhrum edilib.

Arzuman Məcidli deyir ki, onlar 2 aprel mitinqində tutulanlarla yanaşı, həm də Ruslan Bəşirli, Cabbar Savalan, Bəxtiyar Hacıyev və hüquq müdafiəçisi Vidadi İsgəndərlinin azad olunmasını istəyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG