Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:06

Ermənistanda əhalinin siyahıya alınması başlayıb


Arxiv şəkil, Ermənistan müxalifətinin etiraz aksiyalarından birinə toplaşanlar.

Arxiv şəkil, Ermənistan müxalifətinin etiraz aksiyalarından birinə toplaşanlar.

Oktyabrın 12-dən 21-ə qədər Ermənistanda əhalinin siyahıyaalınması aparılır. Prosesə 12124 əməkdaş cəlb edilib. 2.4 milyon dram – təxminən 5 min manata başa gələn siyahıyaalmanın nəticələri 2013-cü ildə elan ediləcək.

Ölkənin statistika rəsmiləri bildirirlər ki, onlar təkcə vətəndaşların sayını müəyyən etmək niyyətində deyillər. Onlar bu tədbirlə həm də ölkədəki sosial-iqtisadi vəziyyətə dair məlumatları toplamaq istəyirlər. Ona görə də sorğu suallarına təkcə vətəndaşın özü haqqında deyil, həm də onun kommunal-məişət şəraiti haqqında suallar daxil edilib. Ümumilikdə sorğu anketində 33 sual verilir.

Ermənistan dövlət müstəqilliyini əldə edəndən bu yana ikinci dəfədir ki, ölkədə əhalinin siyahıyaalınması keçirilir. Sonuncu siyahıya alınma 2001-ci ildə aparılıb. Yerli qanunvericiliyə görə hər 10 ildə bir dəfə əhalinin siyahıyaalınması aparılmalıdır.

2001-ci ildə aparılmış siyahıyaalmada Ermənistan əhalisinin sayının 3 milyon 213 min nəfər olduğu göstərilirdi. Ölkənin statistika idarəsinin bu il iyulun 1-ə olan məlumatına görə isə vətəndaşların sayı 3 milyon 266 min nəfərdir. Yəni, rəsmi statistikaya görə son 10 ildə Ermənistanda əhalinin sayı 53 min nəfər artıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG