Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:53

Ramil Usubov Yerevana gedir


Daxili İşlər naziri Ramil Usubov
Daxili İşlər naziri Ramil Usubov

Azərbaycanın Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Müstəqil Dövlətlər Birliyi ölkələrinin Daxili İşlər Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün oktyabrın 13-də Ermənistan paytaxtı Yerevana yola düşüb.

“Media forum” saytının məlumatına görə, iki gün davam edəcək tədbirdə MDB iştirakçısı olan ölkələrin Daxili İşlər nazirliklərinin əməkdaşlığının prioritet istiqamətləri və cinayətkarlıqla mübarizədə dövlətlərarası proqramların icra vəziyyəti barədə fikir mübadiləsi aparılacaq.

Daxili İşlər Nazirləri Şurasının iclasında həmçinin informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərlə mübarizə sahəsində MDB dövlətlərinin əməkdaşlıq konsepsiyasının və üzv ölkələrin səlahiyyətli orqanlarının cinayət işləri üzrə maddi sübut olan narkotik vasitələri, odlu silah-sursatları ötürməsi mexanizmləri haqqında protokolun layihələri, MDB-nin 20 illik yubileyi ilə bağlı tədbirlər müzakirə olunacaq.

Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycanla Ermənistan rəsmilərinin bir-birinə səfərləri çox nadir hadisələrdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG