Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:30

ABŞ-da gözəllik salonunda 8 nəfər öldürülüb


ABŞ-ın Koliforniya ştatında, Sil-Biç şəhərindəki gözəllik salonlarından birində atışma olub, nəticədə 8 nəfər ölüb. Hadisə çərşənbə günü baş verib.

Polisin məlumatına görə, 6 nəfər yerindəcə, 2 nəfər isə aldığı yaradan xəstəxanada vəfat edib. Yaralılardan daha birinin vəziyyəti ağırdır.

Hadisədən bir qədər sonra atəş açanı tutmaq mümkün olub. Onun hadisə yerinə gələn maşınında bir neçə silah aşkar edilib. Hadisənin törədilmə səbəbləri araşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG