Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:39

Barak Obama və Kral Abdullah səfirə qarşı sui-qəsdi müzakirə edib


ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanın kralı Abdullah ilə telefonda danışıb, Səudiyyə Ərəbistanın Vaşinqtondakı səfirinə qarşı üstü açılan sui-qəsd məsələsini müzakirə edib.

Amerika hökumətinin məlumatına görə, iki İran əsilli ABŞ vətəndaşı səfirə qarşı sui-qəsd planı hazırlayıb. İttiham olunanlardan biri tutulub, digəri isə gizlənməyə müvəffəq olub.

Səudiyyə Ərəbistan və ABŞ liderləri razılığa gəliblər ki, günahkarların cəzalandırılması istiqamətində güclərini birləşdirsinlər.

İran isə ittihamı rədd edir, iddia edir ki, ABŞ ictimai diqqəti öz daxili problemlərindən yayındırmağa çalışır.
XS
SM
MD
LG