Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:51

Slovakiyada vaxtındanəvvəl seçkilər keçiriləcək


Slovakiyadakı əsas siyasi partiyalar çərşənbə günü Avropa Sabitlik Fondunun genişləndirilməsi planını dəstəkləyiblər.

Parlament bundan əvvəl planı qəbul etmədiyinə görə baş nazir İveta Radiçovanın rəhbərlik etdiyi hökumət istefa verməli oldu.

Müxalifətin lideri Robert Fitso planın həftənin sonunadək ratifikasiya ediləcəyini deyib.

Partiyalar razılığa o şərtlə gəliblər ki, ölkədə vaxtından əvvəl parlament seçkisi keçirilsin.

Avropa Sabitlik Fondu borc böhranıyla üzləşmiş ölkələr və maliyyə təşkilatlarına yardım məqsədilə yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG