Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:54

Avstriya prezidenti İçərişəhərdə olub


Azərbaycanda səfərdə olan Avstriya prezidenti Heinz Fischer “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olub.

Bu barədə APA agentliyi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə istinadla xəbər verir.

“Qız Qalası” qalereyasında olan prezident qala və avstriyalı rəssamlar Tomas Kosma və Ben Siqelin heykəltəraşlıq və qrafika işlərindən ibarət qaladakı sərgi ilə tanış olub.

Hazırda avstriyalı bərpaçı Erix Pummer və onun rəhbərlik etdiyi “Atelier Erich Pummer” şirkəti Qız Qalasında muzey konservasiyası işləri aparır.

Haynts Fişer İçərişəhərin ən qədim məscidlərindən biri olan 1169-cu ildə ustad Nəcəf
Aşur İbrahim oğlu tərəfindən inşa edilmiş Aşur məscidi və yaxınlıqdakı Cümə məscidi ilə də tanış olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG