Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:57

Misir ordusu mülki sakinlərə atəş açmadığını deyir


Misir ordusu bu yaxınlarda Qahirədə xristian-koptların nümayişi dağıdılarkən döyüş güllələrindən istifadə edilməsilə bağlı ittihamı rədd edir.

Ali hərbi şuranın üzvü Mahmud Eqazi Qahirədə keçirdiyi mətbuat konfransında əsgərlərin heç vaxt mülki sakinlərə atəş açmadıqlarını deyib.

Xristianlar ölkənin cənubunda kilsənin yandırılmasına etiraz olaraq ötən bazar Qahirədə nümayişə çıxarkən 26 nəfər öldürülüb,300-dən çox adam isə yaralanıb.
XS
SM
MD
LG