Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:31

Avropa Birliyi Slovakiyanı yeni səsvermə keçirməyə çağırıb


Avropa Birliyi Slovakiyanı tezliklə Avropa Sabitlik Fondunun genişləndirilməsilə bağlı yeni seçki keçirməyə çağırıb.

Avropa Birliyinin prezidenti Herman van Rompuyla Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso 440 milyardlıq fondun genişləndirilməsinin Slovakiya da daxil olmaqla bütün Avropa ölkələrinin marağında olduğunu bildiriblər.

Slovakiyada hakim kolaisiyaya daxil olan aparıcı partiyalardan biri planı qəbul etmədiyinə görə, hökumət istefaya gedib.

Baş nazir İveta Radiçova planın ratifikasiya edilməsinin hökumətə etimad məsələsi olduğunu deyib.

İstefaya getmiş hökumətin liderləri plana dəstək qazanmaq üçün müxalifətdə olan Sosial-Demokrat partiyası ilə dasnışıqlara başlayıb.
XS
SM
MD
LG