Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:50

8 ay ərzində axtarışda olan 1286 nəfər yaxalanıb


Bu ilin 8 ayı ərzində axtarışda olan 1286, xarici dövlətlərdə 54, MDB ölkələrində isə 65 nəfər tutulub.

Ağır və xüsusilə ağır cinayətlərə görə axtarışda olanların 22,1 faizi yaxalanaraq istintaq və məhkəmə orqanlarına təhvil verilib.

İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 54, İnterpola üzv ölkələr tərəfindən axtarılan 25 nəfərin yeri müəyyən edilib.

APA-nın məlumaytına görə, bunu bu gün Daxili İşlər Nazirliyində keçirilən kollegiya
iclasında nazirliyin Baş Cinayət-Axtarış İdarəsinin rəis müavini Arzu Daşdəmirov deyib.

Bundan başqa bu ilin 8 ayı ərzində itkin düşmüş şəxslərin 58,9 faizinin yeri müəyyən edilib ki, bu ötən illə mqaisədə 4,3 faiz azdır.
XS
SM
MD
LG