Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:37
Oktyabrın 12-də Naxçıvanda tanımadığı adamlar Babək rayonu, Nehrəm kəndinin sakini Zeynal Bağırzadəni döyüblər. Bu haqda AzadlıqRadiosuna Zeynal Bağırzadə özü məlumat verib.

10 DƏQİQƏDƏ İKİ DƏFƏ DÖYÜLDÜM

Bildirib ki, Nehrəm kəndi ərazisindəki 6 hektarlıq torpaq sahəsinə su verilməməsi ilə bağlı Naxçıvan İnzibati İqtisadi Məhkəməsinə apelyasiya şikayəti verməyə gedibmiş:

«Evə qayıdanda əvvəlcə qarşımı ağ rəngli 07 markalı maşın kəsdi. Üç nəfər maşından düşdü. Məni yumruq- təpiklə döyməyə başladılar. Onlardan ayrılandan sonra elə bir az getmişdim ki, bu dəfə qarşımı sarı rəngli taksi kəsdi. Yenə üç nəfər maşından düşüb məni döyməyə başladılar. Haray çəkib deyirdim ki, ay camaat, bu Ali Məclisin sədri Vasif Talıbov hara baxır, bir gündə, 10 dəqiqədə ikinci dəfədir ki, döyülürəm».

Zeynal Bağırzadə döyülməsini məhkəməyə şikayət verməsi ilə əlaqələndirir.

Zeynal Bağırzadə AXCP Naxçıvan təçkilatının sədr əvəzi Yaşar Bağırsoyun qardaşıdır. İyulun 27-də aksiyada iştirak etdiyinə görə döyüldüyünü deyən Yaşar Bağırsoy

İyulun 27-də aksiyada iştirak etdiyinə görə döyüldüyünü deyən Yaşar Bağırsoy

o və qardaşı Nehrəmdə əkin sahələrinə su verilməməsinə etiraz olaraq aksiyada iştirak etmişdi. Aksiyada iştirak etdikləri gün tanımadığı adamlar onları döymüşdü. Polisə çikayət edəndə isə polis onların özünü saxlamışdı.

POLİSƏ ŞİKAYƏT ETMƏYƏ QORXURAM

Zeynal Bağırzadə deyir ki, döyülməsi ilə bağlı bu dəfə polisə şikayət etməyəcək:

«Çünki keçən dəfə aksiya günü qardaşımla mən döyüləndən sonra prokurorluğa müraciət etdik. Şikayətimizi qəbul etmədilər. Polisə müraciət edəndə polis bizim özümüzü döydü. Daha kimə şikayət edim ki?»

Baş verənlərlə bağlı Babək rayon polis idarəsi ilə əlaqə saxlamaq istədik. Telefon zənglərimizə cavab veəın olmadı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG