Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:21

Ukrayna ilə qaz anlaşması noyabrdan tez gözlənilmir


Ukraynaya qaz verilməsinin şərtlərilə bağlı razılşama noyabrdan tez əldə oluna bilməz.

Bunu Qazpromun sədri Aleksey Miller deyib.

Ukraynanin baş naziri Nikolay Azarov bundan əvvəl yaxın 2 həftə ərzində Rusiyayla kompramis əldə olunacağını demişdi.

Ukrayna 2009-cu il- keçmiş baş nazir Yuliyo Timoşenkonun dövründə Rusiya imzalanmış qaz müqaviləninin dəyişdirilməsi, qiymətin ucuzlaşdırılmasına çalışır.

Timoşenko bazar ertəsi bu müqavilə imzalanarkən səlahiyyətlərini aşmaq ittihamıyla 7 il azadlıqdan məhrum edilib.

Bundan başqa o Ukraynanın “Naftoqaz” şirkətinə 190 milyon dollar ödəməlidir.

ABŞ, Avropa Birliyi və bir sıra beynəlxalq təşkilatlar hökmün siyasi motivli olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG