Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:07

Gələn il hərbi məqsədlərə 1.77 milyard dollar xərclənəcək


Bakıda hərbi parad, 26 iyun 2011

Bakıda hərbi parad, 26 iyun 2011

Azərbaycanın 2012-ci il dövlət büdcəsinin müdafiə və təhlükəsizlik bölməsində Silahlı Qüvvələrə və təhlükəsizlik tədbirlərinə 1 mlrd. 381 mln. 347 min manat (1 milyard 770 milyon dollar) vəsait nəzərdə tutulub.

Müdafiə və təhlükəsizlik sahəsinə ayrılacaq vəsaitin həcmi 2011-ci ilkindən 1.2% çoxdur.

2012-ci il dövlət büdcəsinin təqdimatında bildirilir ki, müdafiə və təhlükəsizlik bölməsi üzrə xərclər dövlət büdcəsinin cəmi xərclərinin 14.8 faizini təşkil edəcək. Bu isə 2011-ci ildəkindən 1.9% çoxdur.

Bununla yanaşı, dövlət əsaslı vəsait qoyuluşu xərclərində də müdafiə və təhlükəsizlik, həmçinin məhkəmə və hüquq-mühafizə orqanları üçün investisiya xərcləri nəzərdə tutulur. /apa/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG