Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:58

Avropa Birliyi 2 aprel məhbuslarının sayının artmasından narahatdır


Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəhbəri Catherine Ashton Azərbaycandakı müxalifətçilərin son həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, onlar bundan əvvəl də 2 apreldə dinc aksiya zamanı saxlanan müxalifətçilər barəsində həbs hökmü verilməsindən narahatlıqlarını bildirmişdilər. “Buna baxmayaraq, dinc aksiyada saxlanan daha dörd nəfərə həbs cəzası verildi və beləliklə onların sayı 14 nəfərə çatdı”, - bəyanatda deyilir.

Catherine Ashton birləşmək azadlığı, söz və ifadə azadlığının Avropa Birliyinin fundamental azadlıqlarına aid olduğunu və onların tərəfdaş olduğu ölkələr üçün bu prinsiplərin vacibliyini vurğulayıb: “Bunlar Şərq Tərəfdaşlığının əsas dəyəridir və Azərbaycanla Assosiasiya razılaşması hazırlanır. Ölkə qanunvericiliyi bu prinsipləri təmin etməlidir, məhkəmə prosesləri siyasi təzyiqdən azad olmalıdır, müstəqil vəkillər azad işləyə bilməlidir. Ona görə də Ali Nümayəndəlik Azərbaycanı çağırır ki, prosesdən appelyasiyanın şəffaflığını və ədalətliliyini təmin eləsin”, - bəyanatda deyilir.

Catherine Ashton onu da bildirib ki, ATƏT-in, Avropa Şurasının və Avropa Birliyinin dəyərləri əsasında AB Azərbaycanda demokratik islahatlara yardım etməyə hazırdır.
XS
SM
MD
LG