Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:17

İraqda eyni gündə 3 terror törədilib, ölənlər var


İraqda bir neçə terror hadisəsində 10 adam öldürülüb, 20 nəfər yaralanıb.
Rəsmilərin məlumatına görə, Bağdadda bu gün polisi hədəfə götürən terror baş verib.
Əsasən şiələrin yaşadığı rayonda intiharçı maşını polis bölməsinin yanında partladıb, 6 adam ölüb, 10 adam yaralanıb.

Paytaxtın Karradah ərazisində polis bölməsinin yanında avtomobil partladılması nəticəsində 3 adam ölüb. altısı yaralanıb.

Bağdadın qərbində isə polis patrulunun yanında dayanan avtomobildə baş verən partlayışda bir mülki şəxs ölüb, beş nəfər yaralanıb.
XS
SM
MD
LG