Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:50
Oktyabrın 12-də Bakı Apelyasiya Məhkəməsi «Yeni Fikir» Gənclər Hərəkatının həbsdə olan sədri Ruslan Bəşirlinin şikayətinə baxıb.

Şikayət təmin olunmayıb.

Ruslan Bəşirli vaxtından əvvəl azad olunması üçün Nizami rayon Məhkəməsinə müraciət etmişdi. Lakin məhkəmə onun istəyini təmin etməmişdi.

O, məhkəmənin qərarından apellyasiya şikayəti vermişdi.

Vəkil Tahir Xanəliyev bildirib ki, Ruslan Bəşirlinin vaxtından əvvəl azad olunma müddəti çoxdan keçib. Ancaq hakimiyyət onu buraxmaq istəmir.

Ruslan Bəşirli 2005-ci ildə həbs olunub. 2006-cı ildə məhkəmə onu hakimiyyəti zorla ələ keçirməyə cəhddə və qanunsuz sahibkarlıqda ittiham edərək 7 il iş kəsib.

Günün bütün mövzuları

XS
SM
MD
LG